Ana səhifə
17 Dekabr 2018

Azərbaycan karateçiləri Soçidə tarix yazdı — FOTO

Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcılı ikinci dəfə avropa ücüncülüyünü qazanıb.
 

Yarışın ilk günü Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) və Polina Hurenko (-47 kq, şəxsi məşqçisi Denis Morozov), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov) qızıl medala sahib olub. Mədinə Sadıxova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də nəticədə medalsız qalıblar. 
 

44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə çempionatında idmançılarla birlikdə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Baş katib MirHəsən Seyidov federasiyanın tarixində ilk olan bu nəticəni yüksək qiymətləndiriblər. Yeniyetmə karateçilərin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasına qatılmaq üçün hazırlıqları davam edəcək. 

Tarix
5 Fevral 2018 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin