Hakimiyyət və pul: Kim özünü ölkəsinin əsginazlarında əbədiləşdirib

13:10 - 5 Fevral 2018 - MARAQLI

Rusiya Mərkəzi Bankı “Avanti” assosiasiyasının Vladimir Putinin təsvirinin əsginazlarda çap olunması təklifinə cavab verib.  Mərkəzi Bank bu təklifdən imtina edib və bunu Rusiya Bankının əsginazlarında ölkənin fəaliyyətdə olan siyasi və ictimai xadimlərinin təsvirlərinin istifadə olunmaması ilə bağlı  mövcud ənənə ilə əlaqələndirib.
Bəs, hansı ölkədə bu cür “mövcud ənənə” yoxdur və olmayıb, onların liderləri əsginazlarda çap olunub.


III HİSSƏ

Saparmurad Niyazov

Müstəqilliyinin ilk illərində Türkmənistanda əvvəlcə sovet, sonra isə Rusiya əskinazları dövriyyədə olub. 1993-cü ildə isə öz valyutasını-manatı dövriyyəyə buraxıb. Yeni sikkə və əskinazları Türkmənistan prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) portretləri bəzəyib. Niyazov 2006-cı ildə vəfat edib.

2009-cu il yanvarın 1-dən isə dövriyyəyə yeni manatlar buraxılıb. Onlarda Mahtumkuludan tutmuş türkmənlərin əcdadı Oğuz xanadək müxtəlif insanların portretləri peyda olub. Amma bu günədək Niyazovun portretini Türkmənistanın ən böyük nominallı əskinazı olan 500 manatda görmək olar.

Niyazov Türkmənistana 1985-ci ildən 2006-cı ilədək rəhbərlik edib. 
Qeyd edək ki, Niyazov küçələrə, fermalara, at ilxılarına, dünyadakı ən uzun kanala, bir şəhərə, gəmilərə, hətta Aydakı bir kraterə öz adını vermişdi. Onun şəkilləri araq və konyak şüşələrinin, müxtəlif qida məhzullarının etketlərini bəzəyirdi. Kəlamları ölkənin bütün künc-bucağına həkk edilmişdi. Ölkənin ən yüksək zirvəsinə Türkmənbaşının adı verilmişdi. 
Qiymətli daşları çox sevən Niyazov taxdığı iri qaşlı üzüklərlə, qalstukunun qiymətli daşlarla bəzədilmiş sancaqları ilə nəzərləri cəlb edirdi. Bununla bərabər ölkəsində qızıl diş qoyulmasını qadağan etmişdi. Müxtəlif mərasimlərdə incəsənət işçilərinə və tələbələrə marka paylayan Niyazov Aşqabadın mərkəzindəki Puşkin adına teatrı uçuraraq yerində türk aşığı Qaracaoğlanın heykəlini ucaltmışdı. Niyazovun anadan olduğu Qıpçaq kəndində tikdirdiyi məscid Orta Asiyada ən böyük məsciddir. O, bu məscidə anası Qurbansultanın adını vermişdir.
Saparmurad Niyazovun qələmə aldığı “Ruhnamə” kitabı 2001- ci ildə işıq üzü görüb. "Ruhnamə" həmin il Türkmənistanın müstəqillik günü münasibəti ilə xalqa paylanıb. Türkmənbaşı “Ruhnamə” kitabını üç dəfə ürəkdən oxuyanın cənnətə girəcəyini söyləyərək “hər sabah-axşam davamlı "Ruhnamə" kitabını oxuyan insanın könlü açılar və o insan Allaha daha yaxın olar” – deyə bildirmişdi.

Niyazov “Ruhnamə” ilə bərabər yeddi kitabın müəllifi idi. 
Niyazov yüksək vəzifəli dövlət məmurlarını çox qəribə tərzdə cəzalandırırdı. Onları ən aşağı vəzifələrə təyin edərdi. O, zorakılığı təbliğ etdiyi üçün kompüter oyunlarını qadağan etmişdi. Televiziyada qadın diktorlar makiyajdan istifadə etmirdi. Çünki buna icazəı verilmirdi. Gənc türkmənlərin saqqal saxlaması qadağan edilmişdi.
Saparmurad Niyazovı rəsmi açıqlamaya görə 21 dekabr 2006-cı ildə, yerli vaxtla saat 01:10-da infarktdan dünyasını dəyişib.

Müəmmər Qəzzafi

“Liviya inqilabının rəhbəri”nin portreti ilk dəfə 1993-cü ildə bir liviya dinarında görünüb. Sonra 20 dinarda da onun tanış siması diqqət çəkib. Əskinazın arxa tətəfində Qəzzafini afrika liderlərinin əhatəsində görmək olardı.  2008-ci ildə Böyük Britaniyada Liviya dinarlarından ən böyük nominallı əskinaz- 50 dinar çap olunub. Həmin əskinasda liviya lideri məşhur tünt eynəkdə təsvir olunub.

“Liviya inqilabı lideri”nin portreti olan əskinazlar o, 2011-ci ilin oktyabrında öldürüldükdən sonra da öz dəyərini itirməyib. Köhə əskinazlardan sonrakı illərdə vergi və əmək haqqını ödəmək üçün istifadə edilib.  

Qəzzafi hakimiyyətə çevriliş yolu ilə gəlib. 1969-cu ildə üç dəfə martın 12-də, 14-də və avqustun 13-də Liviyada hərbi çevriliş etməyə cəhd göstərib. Lakin bu cəhdlər uğursuz olub. Elə həmin ilin sentyabr ayının 1-də kapitan Qəzzafinin rəhbərlik etdiyi xüsusi hərbi briqada Benqazi, Tripoli və ölkənin digər şəhərlərində eyni vaxtda nümayişlərə başlayaraq, kral I İdrisin Türkiyədə müalicə almasından istifadə edərək, dövlət binalarını və hərbi obyektləri nəzarət altına alıb. Çevrilişə rəhbərlik edən Qəzzafi İnqilab Komandanlığı Şurasının yaradıldığını bəyan edib və ölkənin adı Liviya Ərəb Cümhuriyyəti kimi dəyişdirilib.

Burada o da qeyd olunmalıdır ki, Vaşinqton və onun müt¬tə¬fiqləri Qəzzafi və onun silahdaşlarını uzunmüddətli ciddi proq¬rama, ölkə daxilində geniş sosial bazaya, eləcə də ərəb dün¬yasında siyasi nüfuza malik olmayan əyalət zabitləri kimi gö¬rüblər. ABŞ və İngiltərə hərbi və siyasi iştirakları ilə Livi¬ya¬da keçici müvəqqəti amillərdən istifadə edərək təcrübəsiz, gənc ölkə rəhbərlərinə təzyiq göstərmək niyyətində idilər. Bu əsas¬la da onlar sonradan həmin rəhbərlərlə "ümumi dil" tap¬ma¬ğa ümid edirdilər.Lakin onların bu düşündükləri öz yerini tutmadı. Liviya çevrilişinin antiimperialist istiqaməti artıq yeni rejimin mövcudluğunun elə ilk aylarında özünü olduqca qabarıq göstərdi.
Qəzzafinin həyatı faciə ilə bitib. O, 40 qadından ibarət “Amazon Birliyi” adlı xüsusi təhlükəsizlik xidməti tərəfindən mühafizə olunurdu. Bütün üzvləri bakirə qadınlar olan bu birliyin əməkdaşlarını Qəddafi şəxsən seçirdi. Liviya prezidenti istər ölkəsində, istərsə də ölkə xaricinə səfərləri zamanı olduqca lüks şəraitli bədəvi çadırında qalırdı.

2011-ci ilin 17 fevalında Liviyada Qəzzafinin istefasını tələb edən xalq kütləvi etiraz aksiyaları həyata keçirdi. Benqazi şəhərində bir qrup insan həbs olunmuş vəkil Fəthi Tarbelin azadlığa buraxılması tələbi ilə aksiya keçirdi. Liviya hökuməti bu tələbi dərhal yerinə yetirsə də, aksiyaçılar evlərinə qayıtmadıblar, əksinə mağazalara, polis məntəqələrinə və digər obyektlərə hücum etdilər. Ona görə hökumət qüvvələri güc tədbiq etməyə məcbur qaldı. Qərb, xüsusən də sionistlərdən aslı KİV-lər minlərnən aksiyaçının qətlə yetirməsindən xəbər versələr də, müstəqil təşkilatlar hər iki tərəfdən cəmi 250 nəfərin öldüyünü bildirdilər. Bundan başqa Qərb Qəzzafini "dinc" aksiyaçıları təyyarələrdən bombalanmasında ittiham etsə də, Rusiya kəşviyyatı kosmosdan çəkilən şəkillərnən bunun tamamilə yalan olduğunu ifşa etdi. Bu və digər qara böhtanlar martın 18-də BMT-nin 1973 saylı qətnamə qəbul etməsinə səbəb oldu. Bu sənəd "Liviyanın dinc əhalisini qorumaq üçün bombalanmasını" (!) nəzərdə tuturdu. Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia zərbələr endirdi. Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli v s. şəhərləri ələ keçirdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın Sirt şəhərinə soxuldular və Qəzzafini vəhşicəsinə öldürdülər.

Qəzzafinin ən yaxın mühafizəçilərindən biri Mənsur İdha öldürülmüş Liviya rəhbərinin faciəli sonu haqqında bunları deyib: “Sirtdə qalmaq intihar etmək anlamı daşıyırdı. Ancaq Qəzzafi bizi dinləmədi. İnsanların tərk etdiyi evlərdə yemək axtarırdıq. Bir neçə gün də yerimizi dəyişdirmək məcburiyyətində qaldıq. Bombardman hər ötən gün daha da intensivləşirdi və itkilərimiz artırdı. Qəzzafi qorxanların gedə biləcəyini söylədi. Davamlı olaraq ölümdən bəhs edirdi və doğulduğu şəhər Sirtdə ölmək istədiyini deyirdi”.
Qəzzafinin son anlarını “qiyamət” adlandıran İdha “Əl-Cəzirə” kanalına bunları da söyləyib: Ölüm və dağıntılar, yağış kimi yağan güllələr, quruda müxaliflərdən qorxu, havadan NATO hücumları qiyaməti xatıradırdı. Alınan qərara görə səhər saat 4 radələrində qaçacaqdılar. Ancaq Qəzzafinin yanında qalan könüllülər çox təcrübəsiz idi. Bir qisimi yatıb qaldı, bir qismi isə rahatlıqla əyləşib çay içməyə başladılar. Hər kəs toplanana kimi səhər saat 8 oldu. Qaçmazdan əvvəl yolların güvənliyini yoxlamaq üçün kəşfiyyat dəstəsi göndərilmədi. 50 maşından ibarət konvoy misratalı üsyançıların sıx olduğu bölgəyə girdi”.

Özünun Qəzzafi ilə eyni avtomobildə olduğunu söyləyən İdha deyib ki, maşınların hamısı ağ və eyni tipli olub. Lakin avtomobilləri bir-birinə yaxın saxlayıblar: Böyük təcrübəsizlik etdilər. Bir anda NATO qırıcılarının bombardmanına məruz qaldıq. 5 metr önümüzdəki avtomobil havaya uçdu. Avia zərbələrin gücündən bizim əyləşdiyimiz maşının təkərləri zərər gördü və qoruyucu yastıqlar avtomatik olaraq açıldı”. Həmin anları “tam bir xaos” şəklində ifadə edən Mənsur İdha NATO qırıcılarının ard-arda zərbələr endirdiyini, Qəzzafini də özüylə götürüb yolun altındakı arxdan keçərək yaxınlıqdakı binaya doğru qaçdığını bildirib. Bu zaman mərmi qəlpələrindən yaralandığını söyləyən İdha Qəzzafini son dəfə keçmiş müdafiə naziri Yunus Cəbr və oğlu Mötəsimlə danışarkən gördüyünü deyib. Cangüdən ölümün artıq yüz faiz olduğu anda belə, Qəzzafinin zarafatlar etdiyini də əlavə edib.
Qəzzafi 20 oktyabr 2011-ci ildə Liviyada vətəndaş müharibəsi zamanı öldürülüb.

Xəbər xətti