Ana səhifə
24 May 2018

Biznesmen nişan günü həlak oldu - Zaqatalada

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə ötən gecə saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcustan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.
 
Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.
 
Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
 
Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.
 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
5 Fevral 2018 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin