Ana səhifə
20 Oktyabr 2018

Ümumdünya Səhiyyə Təşkilatı — "Spirtli içki 7 növ xərçəngə səbəb olub"

Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkilər ilə onkoloji xəstəliklər arasında əlaqə barədə xəbərdarlıq dərc edib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, alimlərin tədqiqatına görə, spirtli içki 7 növ xərçəng xəstəliyinə səbəb ola bilər: bağırsaq xərçəngi, süd vəzi xərçəngi, udlaq, qara ciyər, ağız boşluğu, boğaz və qida borusu xərçəngəri.

ÜST bildirir ki, spirtli içkinin tərkibindəki etanol orqanizmin hüceyrələrini zədələyir və bədxassəli şiş riskini artırır. Həm spirtli içki, həm də tütün məmulatlarından eyni anda istifadə isə onkoloji xəstəlik riskini bir neçə dəfə artırır.

Təşkilat həm də xərçəng ehtimalının qəbul edilən spirtli içki miqdarından asılı olduğunu da qeyd edib. Əgər bir qadın gün ərzində 4 qədəh şərab içirsə, süd vəzi xərçəngi riski 50%, gündə 8 qədəh şərab içirsə, 130% artır.

Tarix
6 Fevral 2018 [01:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin