Millimiz İspaniyaya uduzdu

09:57 - 5 Fevral 2018 - İDMAN

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan yığması bu gün qrupda son oyununu keçirib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Joze Alesionun yetirmələri qitə birinciliyinin favoritlərindən olan İspaniya yığması ilə qarşılaşıb.

 
Millimiz qrupda keçirdiyi ilk oyunda Fransa seçməsini məğlub edərək (5:3) 1/4 finala vəsiqəni təmin edib. İspaniya isə ilk matçında fransızlarla “sülh bağlayıb” - 4:4.

 
Oyunda son Avropa çempionu olan İspaniya 1:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra İspaniya qrup lideri kimi 1/4 finala vəsiqə əldə edib. Yığmamız isə qrup ikincisi kimi mərhələ adlayan tərəf olub. Milli komandamız 1/4 finalda Portuqaliya ilə üz-üzə gələcək.
 

Futzal üzrə Avropa çempionatı
4 fevral
D qrupu
 
Azərbaycan - İspaniya - 0:1
Qol: Pola, 14

Xəbər xətti