Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili bunu bu gün Kiyevdə keçirilən mitinqdə bəyan edib.
M. Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur.
Tarix
5 Fevral 2018 [19:20]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin