Ana səhifə
19 Avqust 2018

Roma Papası bütün dünyanı oruc tutmağa çağırdı

Roma Papası bütün katolik dünyasını və digər dinə inananları 23 fevral tarixində “şiddətə və savaşa yox” demək üçün dua etməyə, oruc tutmağa və sülhü dəstəkləməyə çağırıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Müqəddəs Pyotr meydanında kütlə qarşısında çıxış edən Papa bildirib ki, dünyada bir çox ixtilaf faciəvi şəkildə uzandığı üçün belə bir çağırış edib. Papa çıxışında “Hər kəs vicdanına Tanrı hüzurunda “sülh üçün nə edə bilərəm”-sualını verməlidir”.

Qeyd edək ki, 23 fevral tarixi katolik dininə inananların oruc tutub savab işlədiyi, tövbə etdiyi Pasxa bayramından əvvəlki pəhriz həftəsinin ilk cümə gününə düşür.

Papa getdikcə çoxalan israf mədəniyyətini tənqid edib və Madaqaskarda tufandan sonra çətin vəziyyətə düşənlər üçün dua edib.

Tarix
6 Fevral 2018 [00:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin