Ana səhifə
18 Fevral 2019

“Terrorçulara silah verən onlarla əlbirdir” - Ərdoğan

Ankara srağagün Suriyanın Afrin əyalətində Türkiyə tankının vurulduğu silahı terrorçulara hansı ölkənin verdiyini araşdırır.
 
"Ucnoqta.az" Lenta.az-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
Qeyd edək ki, ötən gün Afrində türk tankının vurulması nəticəsində 5 ekipaj üzvü həlak olmuşdu.
 
“Biz beş hərbçimizin ölümünə səbəb olmuş hadisəni araşdırır, tankın hansı ölkənin silahı ilə vurulduğunu aydınlaşdırırıq. Elə indicə Baş qərargah rəisi ilə bu barədə danışdıq.
 
Bizim müəyyən gümanlarımız var, lakin indi onları açıqlamaq tezdir, dəqiq nəticələri gözləmək lazımdır. Hansı ölkənin bu silahı terrorçulara verməsindən asılı olmayaraq – o, terrorçularla əlbir hərəkət edir”, - deyə, Ərdoğan bazar günü Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

 

Tarix
5 Fevral 2018 [09:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin