Rusiyada hava nəqliyyatı iflic oldu — Reyslər ləğv edilir, əksəriyyəti isə gecikir

07:39 - 4 Fevral 2018 - MARAQLI

Rusiyanın paytaxtı Moskva şəhərinin 3 hava limanında 11 reys ləğv olunub.

 

“Ölkə.Az” yerli KİV-lərə istinadən xəbər verir ki, 102 reys isə gecikir.

Belə ki, "Şeremetyevo" hava limanında 54, "Domodedovo"da 23 reys gecikir, 10-u ləğv olunub, "Vnukovo" hava limanında isə 25 reys gecikir, biri isə ləğv olunub.

Qeyd edək ki, aviareyslərin gecikməsinə və ləğv olunmasına səbəb hava şəraitidir.

 

Xəbər xətti