Azərbaycan – İspaniya matçının hakimləri

11:26 - 4 Fevral 2018 - İDMAN

Futzal üzrə Avropa çempionatının final mərhələsinin III turunun təyinatları açıqlanıb. 

Ucnoqta.az-ın məlumatına görə, millimizin İspaniya ilə sabah keçiriləcək görüşünün də hakimləri bəlli olub.

Matçın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyasını sloveniyalı Admir Zahoviç yerinə yetirəcək. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq. 

Qeyd edək ki, Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

 

 

 

 

 

 

 

Qol.az

Xəbər xətti