Azərbaycan əhalisi tibbi müayinədən keçiriləcək

08:40 - 4 Fevral 2018 - MARAQLI

Azərbaycan prezidentinin göstərişilə bu il fevralın 12-dən mayın 12-dək ölkə əhalisi tibbi müayinədən keçiriləcək.

 

Ucnoqta.az”xəbər verir ki,  "Ölkə.Az"-ın məlumatına görə, bununla əlaqədar səhiyyə nazirinin müavini Nigar Əliyeva sərəncam imzalayıb.

Azərbaycan əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə sərəncam respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürməsini nəzərdə tutur.

Sənədə görə, xəstəlik aşkar edilmiş şəxslər yerlərdə, zərurət yarandığı hallarda isə Bakıda və bölgələrdəki ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalıdır. Habelə, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sərəncama əsasən, ölkə əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, fevralın 12-dən mayın 12-dək mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunmasını təşkil etsinlər.

 

Xəbər xətti