Ana səhifə
21 Fevral 2018

“Jurnalistlər binası” qarşısında yol nişanları quraşdırıldı — FOTOLAR

"Ucnoqta.az"-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, “Bibiheybət yolu”nda vətəndaşların gediş gəlişini asanlaşdırmaq üçün 125 nömrəli marşrut xəttinin sxemi dəyişdirilib və “Jurnalistlər binası”nın qarşısından keçməsi üçün şərait yaradılıb:

"Burada avtobusların dayanması üçün yol nişanları quraşdırılıb, gələcəkdə dayanacaq məntəqələrinin quraşdırılması da həyata keçiriləcək".

M.Ağayev qeyd edib ki, bu yolda sürət həddi yüksək olduğundan piyada zolaqlarının çəkilməsi mümkün görünmür:

"Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə araşdırma apararaq yerüstü piyada keçidinin çəkilməsi ilə bağlı təklif hazırlayıb. Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan təklif təsdiq olunub".

Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar bu gündən (fevralın 3-dən) yenilənmiş sxem üzrə hərəkət edir. Bu marşrut xətti üzrə 125 nömrəli avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edirlər.

Tarix
3 Fevral 2018 [20:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ