Ana səhifə
23 May 2018

ABŞ nüvə silahı ehtiyatını artıracaq — Soyuq Savaş küləyi

ABŞ-ın müdafiə nazirliyi yeni sənəd yayımlayıb.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ölkənin nüvə ehtiyatı vəziyyətini ehtiva edən sənədin detalları müdafiə nazirliyi müşaviri Patrik Şanahan tərəfindən açıqlanıb.

 

Şanahan bildirib ki, nüvə ehtiyatı və nəzarət sistemi modernləşdirilməlidir. ABŞ sualtı qayıqlarındakı ballistik raket başlıqlarının azaldılıb əvəzinə dənizdən atılan nüvə raketlərini modernləşdirmək lazımdır.

Pentaqon rəhbəri Mettis isə təhlükəsizlik baxımından son dərəcə dolaşıq günlər olduğunu, ABŞ-ın belə bir vəziyyətdə nüvə gücünü modernləşdirməsinin vacibliyini qeyd edib.

 

Mettis deyib: "Bundan daha böyük bir problem isə Rusiyanın nüvə gərginliyini artırmağa yönəlik hərbi strategiya və imkanları mənimsəməsidir. Baş verənlər Rusiyanın Krımı ilhaq etməsi və müttəfiqlərimizi nüvə gücü ilə təhdid etməsi ilə birləşəndə, Moskvanın böyük güc yarışına girməyə qərar verdiyi üzə çıxır".

Tarix
3 Fevral 2018 [15:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin