Ana səhifə
18 Noyabr 2018

Abşeronda quldur dəstəsi taksi sürücüsünü soydu

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da paytaxt sakini Elxan Veysova qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.

"Ucnoqta.az"  “Ölkə.Az”-a istinadən bildirir ki, 3 nəfər Bakıdan müştəri qismində E.Veysova məxsus taksiyə oturaraq Xırdalana gəliblər. Ancaq mənzil başına çatanda Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayev taksi sürücüsünün pulunu vermək əvəzinə onun 30 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə əldə edərək ərazini tərk ediblər. 
 

Keçirilən əməliyyat-axtarış tədbirləri tezliklə öz nəticəsini verib və dəstə üzvləri saxlanılıb. Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə işi başlanıb. Dəstə üzvlərinin oxşar cinayətlər törətməsi istisna edilmir.

Tarix
2 Fevral 2018 [15:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin