Ana səhifə
16 Fevral 2019

İran ABŞ-ı hədələdi — "Yumruqla çıxararıq"

İranın dini lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-la bağlı yeni açıqlama verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Əli Əkbər ABŞ-ın Suriyadakı hərbi varlığı üçün "ABŞ ya özü buradan çıxar, ya da biz yumruqla çıxararıq"-deyib.
 

Məşhəd şəhərində keçirilən konfransda çıxış edən Vilayəti deyib: "ABŞ Suriyanı bölməyə çalışır, amma bunu edə bilməyəcək. ABŞ İraqı bölə bilmədiyi kimi, Suriyanı da bölə bilməyəcək. Fərat çayının şərqində yerləşən ABŞ gec-tez ərazini tərk etməlidir. Əks halda, biz onu yumruqla oradan çıxararıq".
 

Bununla yanaşı, Vilayəti qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasını Əfqanıstana köçürür. İran isə buna göz yuma bilməz.

Tarix
2 Fevral 2018 [14:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin