Ana səhifə
19 Oktyabr 2018

Türkiyəli aktyor “Azdrama”nın səhnəsində... - FOTOLAR

Ucnoqta.az -ın məlumatına görə, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində “Meraklısı İçin Öyle Bir Hikaye” tamaşası nümayiş olunub.

 

İki pərdə olaraq yazılan “Meraklısı İçin Öyle Bir Hikaye” tamaşasını Ankara  Dövlət Teatrının aktyoru Erdinç Doğan cablandırıb və Bakı izləyicilərininə unudulmaz  gün yaşadıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan tamaşanı izləyənlər sırasında, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, Kiprin Azərbaycandakı səfiri Sadettin Topukçu, Türkiyənin Azərbaycandakı səfirliyinin digər diplomatları, Azərbaycananın xalq artisti Fəxrəddin Manafov  və ictimai şəxslər də olub.

Bildirək ki,  “Meraklısı İçin Öyle Bir Hikaye” oyununun yazarı  Sait Faik Abasıyanık,  rejissoru isə Murat Çidamlıdır. Tamaşa  insan sevgisindən, xoşbəxtliyindən, kədərindən bəhs olunur.

 

Məlumat üçün bildirək ki,  Türkiyənin Mədəniyyət və Turizm nazirliyi,  eləcədə  Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri başa çatıb.

Tarix
29 Noyabr 2014 [20:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin