Ana səhifə
13 Dekabr 2018

“Yuxuma girib halallıq istədi” - Nazpəri İlhamə haqda

Xalq artisti Nazpəri Dostəliyeva “Hər şey daxil” verilişinin qonağı olub.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni illərdir ki, küsülü olduğu mərhum xalq artisti İlhamə Quliyeva barədə açıqlama verib. 
 

Dostəliyeva həmkarının yuxusuna girdiyini, ondan halallıq istədiyini bildirib:

“Bu xanımla bağlı mənə çox suallar veriblər, cavab verməmişəm. Özümə yaraşdırmıram ki, dünyasını dəyişmiş insan haqqında danışım. Öləndən sonra üç gün yuxuma girdi. Dili ilə dedi ki, mənə hallalıq ver. Başımı bağlayıb Allaha dua etdim. Örpəyi atıb yasin sürəsi oxudum. Ola bilsin ki, kənardan məni fərqli görə bilərlər. Amma ürəyim çox yumşaqdır. Məhz bu xarakterimə görə problem yaşamışam. Bu yuxunu heç kimə danışmamışam. İdeal insan deyilik, səhv addım da atırıq. Bu o demək deyil ki, ölən insanların haqqında danışasan”.

Tarix
2 Fevral 2018 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin