Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artıb

19:20 - 2 Fevral 2018 - ÖLKƏ İÇİ

Fransada antisemitizm, irqçi və anti-müsəlman aktlara dair 2017-ci il üçün dövlət hesabatının nəticələri açıqlanıb.

"Ucnoqta.az"“Report”a istinadən məlumat verir ki, ötən il Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlərin sayı azalsa da, zorakılıq hallarının sayı artıb.

İrqçilik əsasında edilmiş təhdidlər 17,36% (2016-cı ildə 524, 2017-ci ildə 433), anti-semit əsasda edilmiş təhdidlər 17,1% (2016-cı ildə 258, 2017-ci ildə 214) və nəhayət anti-müsəlman əsasda edilmiş təhdidlər isə 58,5% (2016-cı ildə 118, 2017-ci ildə 49) azalıb.

Bununla belə, irqçilik əsasında törədilmiş zorakılıq əməlləri 2016-cı ildə 84 hal qeydə alndığı halda, 2017-ci ildə artaraq 85 olub. Anti-semit əsasda törədilmiş zorakılıq halları hətta 20% artıb (2016-cı ildə 77, 2017-ci ildə 97).

Müsəlmanların müqəddəs məbədlərinə hücumların sayı 2017-ci ildə əvvəlki ilə nisbətən azalsa da, yəhudilərin dini ocaqlarına edilən hücumların sayı 22% artıb.

Hesabata münasibət bildirən Fransa Daxili İşlər Nazirliyi ölkədə baş verən irqçilik və antisemitizm halları ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Xəbər xətti