Ana səhifə
24 Oktyabr 2018

Paytaxtda iki yük maşını toqquşub - xəsarət alan var

Bakının Nərimanov rayonunda ağır yol qəzası olub.

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.
 
1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb "KamAZ"ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub.
 
Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub.

Tarix
2 Fevral 2018 [09:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin