Ana səhifə
24 Sentyabr 2018

"Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur"

Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı üçün neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də imkanlar mövcuddur. Trend xəbər verir ki, bunu Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafı üzrə forumda Azərbaycanın bu ölkədəki səfiri Fuad Tağızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair planların reallaşdırılması çərçivəsində iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində böyük imkanlar mövcuddur.

Müxtəlif qiymətləndirmələrə görə, Böyük Britaniyada 10 minə yaxın azərbaycanlı yaşayır.

Səfir iki ölkə arasında siyasət sahəsində ikitərəfli münasibətlərdən danışarkən qeyd edib ki, Böyük Britaniya Azərbaycanın mühüm tərəfdaşlarından biridir.

Tağızadənin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüququn digər prinsipləri əsasında nizamlanması prosesində Böyük Britaniyanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Forumda çıxış edən Britaniya Baş nazirinin ticarət məsələləri üzrə elçisi, Lordlar Palatasının üzvü lord Risbi Dağlıq Qarbağ münaqişəsinin nizamlanmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, müasir dünyəvi dövlət olan Azərbaycan regiondakı vəziyyətə baxmayaraq uğurla inkişaf edir.

Elçi qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlər inkişaf edir və münasibətlərin əsasında bundan sonra da inkişaf edəcək neft-qaz sahəsində əməkdaşlıq dayanır.

Lord Risbinin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq digər sahələri də əhatə edir. Azərbaycanda müxtəlif sahələrdə 300-dən artıq Britaniya şirkəti təmsil olunur.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ekologiya məsələləri üzrə vitse-prezidenti Rafiq Hüseynzadə Dövlət Neft Şirkəti ilə Britaniyanın BP şirkəti arasında iri neft-qaz layihələrinin reallaşdırılması sahəsində əməkdaşlığın səviyyəsinin yüksək olduğunu qeyd edib.

 

Tarix
9 Oktyabr 2014 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin