Türkiyə ordusu İraqın şimalında 49 terrorçunu zərərsizləşdirib

11:08 - 1 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 29-da İraqın şimalında yerləşən Kandil, Zap, Avaşin-Basyan və Hakurk bölgələrində keçirdiyi antiterror əməliyyatı nəticəsində 49 terrorçu məhv edilib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Baş Qərargahdan bildirilib ki, adları çəkilən bölgələrdə ayrı-ayrılıqda hava əməliyyatı keçirilib.

Xəbər xətti