Baş nazir rüşvət almaqda ittiham olunur

21:35 - 1 Fevral 2018 - DÜNYA

Danimarkanın baş naziri Lars Lekke Rasmussen rüşvət almaqda ittiham olunur.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş nazir gəmi sahibkarından rüşvət almaqda şübhəli bilinir. 
 

Belə bir iddia ilə polisə keçmiş məmur müraciət edib. Eks-məmurun sözlərinə görə, 2016-cı ildə Rasmussen tətilini gəmi sahibkarı Yon-Anker Xametner Larsenin villasında keçirib. Onun tətili sahibkara 1,7 min dollara başa gəlib. Hüquqşünaslar bu məbləğin rüşvət kimi qiymətləndirilə biləcəyini bildirirlər. 
 

Siyasətçi isə qanun pozuntusu olmadığını hesab edir. Belə ki, bu, sadəcə yubiley hədiyyəsi olub: “Mən balıqçılıq biznesi ilə məşğul olan bir çoxları ilə görüşmüş ola bilərəm. Lakin bu münasibətlər heç bir halda mənim və ya hökumətin siyasətinə təsir etməyib”.

Xəbər xətti