Moskvada 1 gündə 700 yol-nəqliyyat hadisəsi baş verib

01:17 - 1 Fevral 2018 - DÜNYA

Moskvada ötən bir sutka ərzində 700-ə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 

"Ucnoqta..az" Trend-ə istinadən bildirir ki, sinoptiklər 30-31 yanvar tarixlərində Rusiya paytaxtında güclü qar proqnozlaşdırıblar. RF Fövqəladə Hallar Nazirliyi Mərkəzi regionun subyektləri ərazisində yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.
 

Artıq ötən sutka ərzində, yanvarın 30-da Moskvada maddi zərərlə nəticələnən 691 yol-nəqliyyat hadisəsi baş verib.
 

Məlumata görə, hadisələr nəticəsində 1 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Xəbər xətti