“Başımıza nə iş gələcəyini bilmirik” - Trampın sanksiyasına düşən Ağalarov

11:34 - 31 Yanvar 2018 - DÜNYA

“Krokus” şirkətinin rəhbəri, milyarder Araz Ağalarov ABŞ-ın Rusiyaya sanksiya tətbiqini nəzərdə tutan “Kreml siyahısı” ilə bağlı sənədə münasibət bildirib.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Trampa yaxınlığı ilə bilinən Ağalarovun adının da həmin siyahıda olmasına biznesmen belə reaksiya verib:

“Bu nə siyahıdır belə? Birinci və ikinci Rusiya prezident Administrasiyası və hökumətin telefon məlumat kitabçasından köçürülüb. Üçüncü siyahı isə “Forbes”dən. Siyahı kimin yaxın, kimin uzaq, kimin tanış olub-olmaması prinsipi ilə hazırlanmayıb. Sadəcə siyahı xətrinə...
 

Sanksiya siyahısı adlandırılsa da, mahiyyəti aydın deyil. Yəni, başımıza nə iş gələcəyi, kobud desək, ABŞ Rusiya vətəndaşları üçün hansı “hökmü” çıxardacaq, heç kim bilmir. Mən başa düşmürəm ki, niyə hər kəs bu siyahı ilə bağlı bu qədər narahatdır.
 

Siyahıya əhəmiyyət verməmək üçün öz  ölkəmizdə Amerika yaratmalıyıq. Yaxşı səhiyyə, təhsil, istirahət zonasına sahib olmalıyıq ki, bizi hansısa ölkəyə buraxmırlar deyə narahatlıq keçirməyək. Hər kəs ona görə narahatdır ki, indi orada (ABŞ) hər şey buradan daha yaxşıdır. Bu qədər”. 
 

Adının sanksiya düşməsi ilə bağlı hər hansı diskomfort hiss edib-etməməsinə gəlincə Ağalarov bildirib ki, heç bir narahatlıq yoxdur: “Mənim qızım və həyat yoldaşım ABŞ-dadır. Əgər hökumət məni oraya buraxmasa, ünsiyyət bir qədər çətinləşəcək. Əlaqə ancaq birtərəfli olacaq. Başqa?..”

Xəbər xətti