Arnold Şvartsnegger "Bugatti Veyron"unu satdı — FOTOLAR

21:50 - 31 Yanvar 2018 - DÜNYA

Aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsnegger "Bugatti Veyron" markalı superkarını satıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, lüks maşınları satışı üzrə diler Obi Okeke maşına 2.5 milyon dollar sayıb. Okeke yürüşü cəmi 1.600 km olan avtomobili daha baha qiymətə satmaq üçün əldə edib.
 

"Grand Sport Vitesse" modeli 2014-cü ildə alınıb. 8 silindrli, dörd turbo gücləndiricili mühərrik 1200 at gücü hasil edir.
 

"Bugatti Veyron Grand Sport Vitesse" avtomobili yerindən 100 km/saat sürəti cəmi 2.6 saniyəyə əldə edir. Hiperkarın maksimal sürəti 410 km/saatdır.


Xəbər xətti