"Üzərində işləməli olduğumuz çox nöqsanlar var" Qurban Qurbanov

10:08 - 31 Yanvar 2018 - İDMAN

Üzərində işləməli olduğumuz çox nöqsanlar var.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu millimizin baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Azərbaycan və Moldova yığmaları arasında keçirilmiş yoldaşlıq oyununu (0:0) şərh edərkən deyib.

Q.Qurbanov çətin oyun olduğunu qeyd edib: "Futbolçulardan razı qaldım. Onlardan çox şey tələb edə bilməzdim. Meydanda çox düşündülər. Rəqib pressinq edir və daha çox müdafiədən oynayırdı. Üzərində işləməli olduğumuz çox nöqsanlar var. Həmçinin futbolçular fərdi qaydada öz üzərilərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da onlarla söhbətlər edəcəyəm".

Baş məşqçi bildirib ki, indi zəif komanda yoxdur: "Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir. Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Digər iki epizod isə bizim diqqətsizliyimizin nəticəsi idi. Amma hər hansı qurulan hücum nəticəsində qapımızda təhlükə yaratmadılar".

Xəbər xətti