Ana səhifə
21 May 2018

Tramp Obamanın qərarını ləğv etdi — Quantanamo həbsxanası bağlanmayacaq

ABŞ prezidenti Donald Tramp “Quantanamo” hərbi bazasındakı həbsxananın bağlanılmasını nəzərdə tutan proqramı ləğv edib.  
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp ölkədəki vəziyyətə dair Konqresdə illik nitqində bildirib.    
 
“İndiyədək biz, İŞİD lideri Əl Bağdadi də daxil olmaqla, yüzlərlə terrorçunu əbəs yerə azadlığa buraxırdıq ki, döyüş meydanında onlarla təkrar üz-üzə gələk”, - deyə D.Tramp qeyd edib.  
 
“Quantanamo” həbsxanasının bağlanılması əvvəlki prezident Barak Obamanın əsas seçkiqabağı vədlərindən biri olmuşdu. Lakin Konqres həbsxananın bağlanılmasını maliyyələşdirməkdən imtina etmişdi. Buna baxmayaraq, B.Obama xeyli məhbusun digər ölkələrə köçürülərək azadlığa çıxmasını təmin edə bilmişdi.
 
 Hazırda “Quantanamo” həbsxanasında 41 məhbus saxlanılır. 

Tarix
31 Yanvar 2018 [19:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin