"Qarabağ" klubu Norveç yığmasının futbolçusu ilə yollarını ayırıb - RƏSMİ

16:22 - 30 Yanvar 2018 - İDMAN

Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib. 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.  Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan "Olimpiakos"unun istəyilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında "Qarabağ"da çıxış etməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini 2017-ci ilin yayında "Olimpiakos"dan 1 illik icarəyə götürüb.  Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir. 

Xəbər xətti