Ana səhifə
21 Oktyabr 2018

Yunan filmləri festivalı Bakıda..

"28 Cinema"da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Yunanıstan Səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda Yunan filmləri festivalı"nın açılışı olub.

 

Festivalın açılışında görkəmli mədəniyyət xadimləri ilə yanaşı müxtəlif ölkələrin Azərbaycanda olan səfirləri və nümayəndəlikləri də iştirak ediblər.  Festivalı giriş sözü ilə açan Azərbaycanda Vətəndaş Cəmiyyətinin Yardım Assosiasiyasının Vitse-prezidenti Vəli Əlibəyov ölkəmizdə keçirilən "Azərbaycanda Yunan filmləri festivalı"nın keçirilməsini Azərbaycan və Yunanıstan arasında mədəniyyət əlaqələrinin inkişafına müsbət addımlardan biri olduğunu vurğulayıb.  Sonra Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın da çıxış edərək Azərbaycanda Yardım Assosiasiyası ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn festivalın keçirilməsi müsbət hal kimi qarşıladıqlarını bildirərək, qonaqları filmə baxmağa dəvət edib.                    

 

Qeyd edək ki,  tamaşaçılar 28,29,30 noyabr və 1dekabr daxil olmaqla 4 gün davam edəcək festivalda 8 yunan filmini izləyə bilərlər.  Onu da bildirək ki,  filmləri izləmək istəyən hər kəs dəvətnamələri  "28 Cinema"nın kassalarından pulsuz əldə edə bilərlər.

Tarix
28 Noyabr 2014 [23:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin