Ana səhifə
19 Avqust 2018

"Azərbaycanda media siyasətinin iflasa uğraması haqqında fikirlər əsassızdır"-Əli Həsənov

"Bəziləri iddia edirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Yardım etmək bu qədər qəbahətdir?". 

 

"Ucnoqta.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

O qeyd edib ki, ölkədə media siyasətinin iflasa uğraması haqqında fikirlər illərdir milyonlarla pul xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin iddialarına əsaslanır. 

 

Ə.Həsənovun sözlərinə görə, bəzi dairələr illərdir ki qrant vermək adı ilə media nümayəndələrini öz təsirinə salaraq dövlətçiliyə, milli maraqlara qarşı istifadə etməyə çalışıblar: "Qrant mediasının dırnaqarası dəyərli nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq həmin ölkələrin parlamentləri qarşısında NoTAP aksiyası keçirmək istəyirlər. Budur qrant siyasətini həyata keçirənlərin Azərbaycan jurnalistlərindən hazırladıqları vətəndaş və ya jurnalistlər. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq dövlətçiliyə qarşı istifadə etmək inkişaf göstəricisidirsə bizə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub".//Report//

 

Tarix
30 Yanvar 2018 [12:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin