Ana səhifə
12 Dekabr 2018

Qax-Zaqatala yolunun yenidən qurulması yekunlaşır - FOTO

Qax-Zaqatala yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 

Məlumatda bildirilir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin artıq əsaslı şəkildə yenidən qurulması yekunlaşır, yol boyu son tamamlanma işləri görülür.
 

Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Yolun ümumi uzunluğu 29,8 km təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni isə 2.5 m olmaqla yolun ümumi eni 12 m təşkil edir.
 

Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib. Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli 52 ədəd suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə en kəsiyi 2,5 x 4 m olan mal-heyvan keçidi tikilib.
 

Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23.2 m və Süzgənc çay üzərində uzunluğu 46 m olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb. Hazırda yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 muzunluğunda bir tərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılır. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması isə yaxın müddət ərzində aparılaraq yekunlaşdırılacaq.
 

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.

Tarix
31 Yanvar 2018 [00:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin