Ana səhifə
22 Fevral 2018

ABŞ 11 təhlükəli ölkədən miqrant qəbulunu bərpa etdi

ABŞ hökuməti 11 ölkədən miqrant qəbuluna edilən qadağanı ləğv edib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bununla yanaşı, yoxlama qaydaları sərtləşdirilib. Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen məlumat verib.

Onun sözlərinə əsasən, hökumət bu ölkələrdən miqrant kimi müraciət edənlərə qarşı təhlükəsizlik tədbirlərini artıracaq. Məqsəd terrorçulara, cinayətkarlara və fırıldaqçılara bu proqramdan istifadə etməyə imkan verməməkdir: "Bu dəyişiklik bizə nəinki özümüzü müdafiə etməyə, eyni zamanda əsl qaçqınlara təqibdən qurtulmağa da imkan verəcək".

Bundan sonra müəyyən ölkələrin vətəndaşları ABŞ-a giriş etmək üçün əlavə yoxlamalardan keçəcəklər. Təhlükəli ölkələr siyahısı isə hər 7 aydan bir dəyişəcək. Rəsmi olaraq bu siyahı çıxmasa da, mətbuatın xəbərinə əsasən, Misir, İran, İraq, Yəmən, Şimali Koreya, Liviya, Mali, Suriya, Somali, Sudan və Cənubi Sudan daxildir.

Tarix
30 Yanvar 2018 [20:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ