Ana səhifə
26 May 2018

“Azəriləri yanımızda ucuz işçi kimi işlədirik”- Qalmaqal

Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən Ankara Dövlət Teatrının “Nereye” tamaşası etiraz doğurub. 
 

 

Ucnoqta.az” kulis.az-a istinadən xəbər verir ki, gənc aktyor, rejissor Elvin Adıgözəl tamaşandan olan bir səhnəyə etiraz olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə açıq məktubla müraciət edib. Müraciətdə deyilir: 

“Cənab nazir Əbülfəs Qarayev! Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşaya baxmağa getdim. Bu tamaşaya baxarkən çox pis oldum və Azərbaycan millətinin təhqir olunmasının şahidi oldum. Sanki Ankara Dövlət Teatrı Azərbaycana məhz bu milləti təhqir etmək üçün gəlmişdi. Tamaşa zamanı səhnədə olan aktyor, “Abi, biz azəriləri yanımızda ucuz işçi kimi işlədirik, deməli, bizi də xaricdə elə işlədəcəklər?"; “Abi, bizə görə hansı millətlər 2-ci kateqoriyadır? Bizdən şərqdə olanlar... Azərilər, iranlılar və s.” kimi cümlələr istifadə olundu. Hətta bununla kifayətlənmədilər. Tamaşa zamanı aktyor yüksək səslə dedi ki, “güc kimdədirsə, o üstündür. Yəni minən var və əzilən var” mənasında”. Müraciətin sonunda gənc rejissor nazirdən sənəti inkişaf etdirmək istəyən gənclərə dəstək olmasını istəyib.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətov məktubdan xəbərsiz olduğunu bildirib: 

“Azərbaycan və Türkiyə arasında sıx dostluq qardaşlıq münasibətlərinin nəticəsidir ki, 500 nəfərədək nümayəndə heyəti, keçirilən mədəniyyət günlərində sərgi, tamaşa, film və s. tədbirlərdə təmsil olunub, paytaxtın mədəni həyatını canlandırıblar. Ankara teatrının sözügedən tamaşa da yüksək səviyyəli, bəşəri mövzusu və ideyası olan bir tamaşadır. Mən də, Nazirliyimizin əməkdaşları da bu fikirdədir. Elvin Adıgözəl nə yazıb, bilmirəm, o məktub nazirliyə gəlib çıxanda baxarıq”

 Tamaşanı izləmiş teatrşünas Vidadi Qafarov tamaşada milləti aşağılayan, milli heysiyyətə toxunan hansısa məqamı sezmədiyini söyləyib: 

“Tamaşada qoyulan qaçqın problemi dünya üçün, xüsusən bizim üçün aktual problemdir. Tamaşa müxtəlif səbəblərdən ölkələrindən Avropaya qaçmaq istəyən insanlardan bəhs edir. bunlar hamısı bir yük maşınının içində toplanıb. Səbəblər, rastlaşdıqları zorakılıqlar müxtəlif olsa da bu insanların eyni faciə birləşdirir. Sonda qaçqın qadınlardan birinin uşağının ölməsi onların hara üz tutsalar da faciədən qurtula bilməməsini göstərir. əsas vurğu insan faciələrinin üzərindədir. Tərtibatı da gözəl idi. Sözügedən milliyyəti aşağılayan ifadələr mənim diqqətimi çəkməyib, mən tamaşaya o gözlə baxmamışam. Deyilən cümlələr də yadıma gəlmir. Tamaşa ümumbəşəri bir problemi diqqətə gətirir. Tamaşada deyilir ki, biz Suriyada, İraqda baş verən hadisələrə televizorda futbola baxdığımız kimi baxırıq. Bundan acı problem olarmı?”

 

Tarix
28 Noyabr 2014 [18:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin