Ana səhifə
19 Oktyabr 2018

Emin Ağalarov yenidən danışdı - FOTOLAR

“Bəli, mən hər həftə bir-iki günlüyə Bakıya, öz sarayıma gedirəm ki, oğlanlarım Əli və Mikayılla bir yerdə olum.

 

 

Uşaqlar həyat yoldaşım Leyla xanımla (Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva-red.) əvvəllər Londonda yaşayırdılar. Lakin bu il onlar məktəbə getdikləri üçün mənim doğma şəhərim olan Bakıya köçüb orada məskunlaşdılar.

Yeri gəlmişkən, bizim evimiz bir yox, iki tikilidən ibarətdir. Onlar güzgü effekti ilə bir-birini təkrarlayırlar. Əkiz uşaqlarımın olacağını biləndə bu evin layihəsini atamla (iş adamı Araz Ağalarov-red.) birlikdə düşünmüşük. Zaman keçdikcə həmin iqamətgahların biri Əlinin, digəri Mikayılın olacaq. Evlər çox böyükdür. Çünki istəyirəm ki, oğlanlarım evlənəndə onların böyük ailəsi olsun...”

Ucnoqta.az xəbər verir ki, bu sözləri Rusiyanın 7days.ru nəşrinə müsahibəsində Azərbaycan prezidentinin kürəkəni, tanınmış iş adamı və bəstəkar-müğənni Emin Ağalarov deyib.

“Biz bu layihəni məxsusi düşünmüşük. Plana görə, bütün otaqların dənizə baxan azı iki, ideal halda isə üç tərəfi olsun. Belə geniş məkan, açıq hava təəssüratının yaranması üçün bəzi divarların şüşədən olmasına qərar verdik. Evlərin layihəsi üzərində yapon arxitektor işləyib. O, evləri bu meydançada necə yerləşdirmək, necə tikmək üzərində çox düşündü. Mənim bu evlərdəki ən çox sevdiyim yer uşaq otaqlarıdır. Bakıya gələndə bütün boş vaxtımı o otaqlarda keçirirəm. Uşaqlarımla “dəmiryol oyunu” oynayıram, onlarla birgə cizgi filminə baxıram.

Uşaqlar Allahın verdiyi ən böyük hədiyyədir. Uşaqlarımın olmasını çox istəmişəm, özü də hələ erkən yaşlardan, 18 yaşımdan. Biləndə ki uşağım olacaq, ata olacağam, özü də ikisi birdən, üstəlik ikisi də oğlan, sevindiyimdən atılıb-düşməyə və çığırmağa başlamışdım. İnanın ki, düz deyirəm. Onda həkim mənə baxıb güldü və belə dedi: “Sakit ol”. Yadımdadır, oğlanlarım anadan olanda mən körpələrimdən bir an da olsun ayrıla bilmirdim, əlimi uşaq arabasından çəkmirdim. Doğrudur, indi işim çox olduğundan hər gün onların yanında olmuram, amma Bakıya gedəndə çalışıram ki, bunun əvəzini çıxım. Telefonu söndürürəm və uşaqlardan soruşuram: “Yaxşı, bu gün neyləyəcəyik?” Uşaqlar isə mənə əmr edirlər: “Əvvəlcə konstruktor oyunu, sonra futbol oynamaq!”

Əlbəttə, bəzən ciddi olmaq lazım gəlir. Mikayıl bir dəfə mənə belə dedi: “Bax, sən bizi elə hey cəzalandırırsan. Amma haçansa səni də cəzalandıracaqlar!”

Mən təəccübləndim: “Mikayıl, məni kim cəzalandıracaq?”

Oğlum cavab verdi: “Babam!”

Uşaqlarımın babası isə Azərbaycanın prezidentidir (gülür). Görürsünüzmü, mən belə qayınata ilə necə təhlükəli vəziyyətdəyəm?!” - deyə Emin Ağalarov rusiyalı jurnalistin suallarına gülərək cavab verib.

 

Virtualaz.org

Tarix
28 Noyabr 2014 [10:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin