Ana səhifə
18 Oktyabr 2018

ABŞ generalı: “Münbiçdən çıxmayacağıq”

"ABŞ hərbçiləri Suriyanın Münbiç bölgəsindən çıxmayacaq".

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Silahlı Qüvvələri komandanı, general Cosef Votel “CNN International”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fərat çayının qərbində yerləşən şəhərdə YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - “Report”) üzvləri ilə əməkdaşlıq edir və onlara silah verirlər.

Terrorçular 2016-cı ildən Türkiyə sərhədindən 40 km aralıda yerləşən Münbiçdə cəmləşiblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti və bu ölkənin başqa rəsmiləri ilə görüşdə Münbiçdən çıxmalarını və hərbçilərini təhlükəsiz bölgəyə aparmalarını istəyib: “Afrindən sonra Münbiçi də terrorçulardan təmizləyəcəyik”.

Tarix
29 Yanvar 2018 [13:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin