Sabahın hava proqnozu açıqlanıb

12:39 - 29 Yanvar 2018 - ÖLKƏ İÇİ

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanvarın 30-da Azərbaycanda müşahidə olunacaq hava proqnozunu açıqlayıb. 

"Ucnoqta.az" ETSN-ə istinadən xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti,  Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Yanvarın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Xəbər xətti