Ana səhifə
18 Dekabr 2018

MSK-dan AÇIQLAMA

“Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə hələ baxmayıb”.

 

Ucnoqta.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında MSK-nin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib. 

MSK-nın rəsmisi bildirib ki, növbəti iclasların birində bu məsələyə baxılacaq.

Xatırladaq ki, İyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.

 

Tarix
9 Oktyabr 2014 [13:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin