Ana səhifə
20 Avqust 2018

Uşaqların başla oynamasına qadağa qoyula bilər - UEFA-dan qəribə qərar

UEFA aşağı yaş qruplarında başla oynamağı qadağan edə bilər.
 

"Ucnoqta.az" Goal-a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin bu barədə danışıb.
 

Onun gözlərinə görə, başla topa zərbənin uşaqların sonrakı inkişafına mənfi təsiri sübuta yetiriləcəyi təqdirdə buna qadağa qoyulacaq:

“Biz bu məsələni diqqətlə araşdırmalıyıq. Araşdırma başla oynamağın uşaqlara zərərini aydın göstərsə, problemə ciddi yanaşmaq lazım gələcək. Boks və MMA kimi növlərə baxanda insan gördüklərindən qorxur. Belə problemlər bir sıra növlərdə, o cümlədən futbolda da var. Tədqiqat nəticələrini səbirsizliklə gözləyəcəm”, - deyə Çeferin bildirib.
 

Qeyd edək ki, 2016-cı ildə ABŞ-da 11 yaşdan aşağı uşaqların topa başla zərbə endirməsi qadağan edilmişdi. İngiltərədə isə bu məsələ sonuncu dəfə 2017-ci ilin noyabrında olmaqla bir neçə dəfə gündəmə gəlib.

Tarix
29 Yanvar 2018 [20:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin