Ana səhifə
20 May 2018

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti mükafatlandırıldı

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhərmanı Koroğlu dastanının motivləri əsasında hazırlanmış “Eşqi–Nigar” tamaşasının növbəti premyerası baş tutub. 

 Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşa Bakı Yunis Əmrə İnstitutu  və Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq reallaşıb. Bakı Yunis Əmrə İnstitutunun yeni rəhbərliyinin, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə böyük anşlaqla keçən tamaşada əsas obrazları teatrın aktyorları Manaf Dadaşov, Zülfiyyə Alhüseynova, İlham Əsədov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Vahid Orucoğlu, Anar Seyfullayev, Anar Səfiyev, Ramil Məmmədov və Elgün Yəhyayev ifa edirlər. 
 Tamaşanın səhnələşdirməsi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, plastik həll Ceyhun Dadaşova məxsusdur.

Böyük maraqla və gurultulu alqışlarla seyr olunan tamaşadan sonra Yunis Əmrə İnstitutunun, “E Media Group”un və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təsis etdiyi diplomlar tamaşanın yaradıcı heyətinə təqdim edildi.

 
 

Tarix
26 Yanvar 2018 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin