Ana səhifə
21 May 2018

Trampdan gözlənilməz açıqlama: "Üzr istəyə bilərəm"

ABŞ prezidenti Donald Tramp ifrat sağ görüşlü bir ingilis qruplaşmanın videolarını Tvitter səhifəsində paylaşdığı üçün üzr istəyib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Davosda ingilis mətbuatına müsahibə verən Tramp qrup haqqında bir məlumatı olmadığını bildirib: "Tanıya biləcəyiniz ən irqçi olmayan insan mənəm. Bu videoları paylaşmağım qruplaşmanı dəstəklədiyim mənasına gəlmir".
 

Tramp 2017-ci ildə ifrat sağ görüşlü "Britain First" qrupunun İslam əleyhinə videolarını səhifəsində paylaşmışdı. Bu səbəbdən üzr istəyib.
 

Davosda məsələyə toxunan Tramp deyib: "Mənə irqçi insan olduqlarını söyləsəydiniz, üzr istəyərdim".
 

"Good Morning Britain" verilişinə müsahibəsində Tramp aparıcının "bu videoları paylaşdığınız üçün İngiltərədə sərt reaksiyalara səbəb oldunuz"-sualına Tramp "Əlbəttə ki, belə insanların olduğunu bilmirdim. Onlar haqqında heç nə bilmirdim. Bəzi yerlərdə oxuduğumdan başqa indi də onlar haqqında heç nə bilmirəm"-deyə cavab verib.

Tarix
26 Yanvar 2018 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin