Con Kerri ABŞ prezidenti olmaq istəyir

ABŞ-ın sabiq dövlət katibi Con Kerri prezidentliyə namizədliyini irəli sürmək istəyir.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.

Kerrinin bu fikrə düşməsi barədə məlumatı İsrailin "Maariv" qəzeti yayıb. Qəzetin xəbərinə əsasən, ABŞ-ın keçmiş xarici işlər naziri Londonda Fələstin muxtariyyətinin müavinlərindən biri ilə görüş keçirib. Görüşdə ərəb-yəhudi münaqişəsinin sülh yolu ilə həlli müzakirə edilib.

"Maariv"in xəbərinə əsasən, Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq barədə ciddi düşünür. Bununla yanaşı sabiq dövlət katibi fələstinli həmsöhbətinə deyib: "Səbr edin, Tramp yaxın iki ildə çətin ki, bu postu qoruyub saxlaya bilsin".

Qeyd edək ki, Kerri 2004-cü ildə keçirilən seçkilərdə oğul Corc Buşa məğlub olmuşdu.

Tarix
27 Yanvar 2018 [01:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin