"Keşlə"dən növbəti transfer

01:10 - 27 Yanvar 2018 - İDMAN

"Keşlə" növbəti transferini həyata keçirib.
 

"Ucnoqta.az" Qol.az-a istinadən xəbər verir ki, Ebrima Sohna ilə müqavilə imzalanıb. Qambiyalı 29 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək Bakı klubunda çıxış edəcək.
 

Qeyd edək ki, "Keşlə" bundan əvvəl Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Vaqif Cavadov və Andre Klennonu da transfer edib.

Xəbər xətti