Ana səhifə
12 Noyabr 2018

İran RTT sədrinin Azərbaycan səfəri başlayır

Bu gün İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri İzzətulla Zərğaminin Azərbaycana səfəri başlayır. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İ.Zərğami Bakıya Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə gəlir.

Səfirlikdən qeyd ediblər ki, İ.Zərğaminin digər yüksək vəzifəli rəsmilərlə, o cümlədən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşü gözlənilir.

İ.Zərğami səfər çərçivəsində Azərbaycan MTRŞ-da və bir neçə televiziyada olacaq, iş prosesi ilə yaxından tanış olacaq.

Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan-İran birgə media komitəsinin yaradılması məsələsi də müzakirə olunacaq.

 

Tarix
9 Oktyabr 2014 [13:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin