Ana səhifə
22 Avqust 2018

Cənubi Koreyada yanğın faciəsi — 41 ölü - FOTOLAR

Cənubi Koreyanın Miryanq şəhərindəki bir xəstəxanada yanğın baş verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, insident nəticəsində ən azı 41 nəfər həlak olub. 77 nəfər isə xəsarət alıb.
 

Rəsmilərin verdiyi xəbərə əsasən, qulluğa ehtiyacı olan yaşlıların qaldığı  "Sejong" xəstəxanasının təcili yardım bölməsində başlayan yanğın bütün binanı bürüyüb. Bu səbəbdən ölü sayının artacağı bildirilir.
 

Yanğının səbəbləri bilinmir. İnsident birinci mərtəbədə başlayıb. Yanğın vaxtı binada 100-dən çox xəstə olub. Yanğınsöndürənlər 1 saat 40 dəqiqə mübarizədən sonra yanğını ram edə biliblər.

Tarix
26 Yanvar 2018 [11:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin