Ana səhifə
13 Noyabr 2018

ABŞ prezidenti: "Dollar getdikcə güclənəcək"

"Dollar getdikcə daha da güclü olacaq. İstəyirəm ki, dollar güclü olsun. Ölkəmiz, iqtisadi və digər sahələrdə daha da güclənir". 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.
 
"CNBC" telekanalına müsahibə verən dövlət başçısı bildirib ki, ölkəsinin müsbət iqtisadi vəziyyəti dolların bahalaşmasına səbəb olacaq. Prezident həmçinin qeyd edib ki, jurnalistlər maliyyə naziri Stiven Mnuçinin milli valyutanın məzənnəsi barədə açıqlamasını düzgün anlamayıblar. Xatırladaq ki, nazir yanvarın 24-də çıxışı zamanı ucuz dolların ABŞ iqtisadiyyatının maraqlarına cavab verdiyini, ticarət münasibətlərində üstünlük yaratdığını bildirib.

ABŞ Prezidentinin açıqlamalarından sonra USD/EUR nisbəti 1,25-dən 1,24-ə düşüb. 

Tarix
26 Yanvar 2018 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin