Ana səhifə
23 May 2018

Eks-prezidentə ölkəni tərk etmək qadağan edildi

Braziliyanın eks-prezidenti Luis İnasiu Lula da Silvaya ölkəni tərk etmək qadağan olunub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yerli “Globe” kanalı məlumat yayıb.
 

Məlumata əsasən, federal polisə artıq məhkəminin Lulanın passportunun müsadirə edilməsi ilə bağlı qərarını çatdırılıb.
 

Qeyd edək ki, ötən çərşənbə günü Portu-Aleqri regional federal məhkəməsi eks-prezident Lula da Silvanın korrupsiya ittihamı ilə bağlı cəzasını sərtləşdirib. O, 2017-ci ilin iyulunda 9,5 il müddətinə azadlıqdan məhrum edilib, indi isə məhkəmənin qərarı ilə cəzası 12 il bir aya qədər artırılıb.
 

Lula da Silva 2018-ci ilin oktyabrna planlaşdırılmış prezident seçkilərində iştirak edə bilməyəcək, baxmayaraq ki, ictimai rəy sorğularında favoritlər sırasındadır. Məhkəmənin qərarı ilə o, 19 il ərzində dövlət vəzifəsi tutmaq hüququ yoxdur.

Tarix
26 Yanvar 2018 [20:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin