Ana səhifə
24 May 2018

Yapon dənizində itkin düşmüş gəminin axtarışı hava şəraitinə görə çətinləşir

 Rusiya Fövqəladə Hallar Nazirliyi Yapon dənizi hövzəsində itkin düşmüş "Vostok" balıqçı gəmisinin axtarışı üzrə işləri davam etdirir.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Primorski vilayəti üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, axtarış əməliyyatlarının həyata keçirilməsi böyük dalğalar və güclü külək səbəbindən çətinləşir. Gecə saatlarında axtarış işləri bölgədə olan və oradan keçən gəmilər tərəfindən həyata keçirilir. Aviasiya ilə axtarışlar yanvarın 26-sı səhər saatlarında bərpa ediləcək.

Xatırladaq ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər, o cümlədən iki azərbaycanlı - 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə olub. İlkin məlumatlara görə, onlar Rusiya vətəndaşlarıdır.

Axtarış-xilasetmə işlərinə 7 ədəd texnika və 102 nəfər şəxsi cəlb olunub.

Axtarışlar, hələ ki, bir nəticə verməyib.

Tarix
25 Yanvar 2018 [17:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin