Gənc Tamaşaçılar Teatrında həftəsonu 14 tamaşa nümayiş olunacaq

14:56 - 25 Yanvar 2018 - Mədəniyyət

Hər həftə olduğu kimi bu həftə də Azərbaycan Gənc Tamaşaçılar Teatrı (ADGTT) daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib edib.

ADGTT-nın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, teatr yanvarın 26-sı saat 14:00 və 16:00-da A.Şaiq və S.S.Axundovun “Qaraca qız”, yanvarın 27-də saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 28-i saat 12:00 və 14:00-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 29-u saat 12:00 və 15:00-da ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”, yanvarın 30-da saat 14:00-da M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”, yanvarın 31-də saat 14:00-da isə V.Siqayevin “Ağ ölüm” tamaşası nümayiş olunacaq. 

 Belə ki, kollektivin axşam tamaşaları da rəngarəngdir. Teatr yanvar ayının 25-də türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar”, yanvarın 27-si  M.Füzuli “Leyli və Məcnun”, yanvarın 28-i Ə.Əmirli  “Hasarın o üzü” tamaşaları ilə teatrsevərləri sevindirəcək. Axşam tamaşaları saat 19:00-da nümayiş olunacaq. 
Tamaşalarda rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, teatrın istedadlı aktyorları Əməkdar artistlər  Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Manaf Dadaşov, Günel Məmmədova, Ramiq Nəsirov,  İlham Əsədov, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Elşən Hacıbabayev, Anar Seyfullayev, Elnur Hüseynov, Müşfiq Əliyev, Aygün Fətullayeva, Xəyalə Meydanova və başqaları ifa edəcəklər.

Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.


     
                                                                                


Xəbər xətti