Ana səhifə
17 Avqust 2018

Təmizlənmiş hava daha təhlükəlidir - Alimlərdən XƏBƏRDARLIQ

Elm adamları, havanın çirkləndirici maddələrdən təmizlənməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, İngiltərə, ABŞ, Norveç və Almaniyadan olan alimlər yer səthində havanın bəzi kirlədici maddələrdən təmizlənməsinin qlobal istiləşməyə səbəb olacağı nəticəsinə gəliblər.
 
“Geophysical Research Letters” jurnalında yayımlanan mütəxəssis araşdırması göstərib ki, sulfatların və qurumun meydana gətirdiyi aerozollardan təmizlənmiş hava iqlim dəyişikliklərinə səbəb olur.
 
Atmosferdə mövcud olan karbon-dioksid səviyyəsinə görə çirkləndirici maddələrdən təmizlənmiş havadakı istixana təsirinin güclənəcəyi, orta hava istiliyinin isə 0,5 və 1,1 dərəcə arasında artacağı məlum olub.
 
Hesabatda aerozolların Günəşin yaydığı radiasiyanı özündə saxlayan bir qoruyucu  funksiyanı yerinə yetirdiyi bildirilib. Həmçinin, təmiz hava  mühitində bu “qalxandan”  məhrum  olan dünyanın əvvəlki ilə müqayisədə daha tez isinəcəyi, daha uzun müddətli quraqlığa və sellərə səbəb olacağı ifadə edilib.

Tarix
26 Yanvar 2018 [00:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin