Ana səhifə
20 May 2018

İspaniya XİN başçısı Davosda müzakirələr zamanı huşunu itirib - VİDEO

 İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Alfonso Dastis Kesedo İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində baş tutan müzakirələr zamanı huşunu itirib.

"Ucnoqta.az"  "Report"a istinadən xəbər verir ki, XİN başçısı DİF-də İspaniya Kralı VI Filippi müşayiət edir. Hadisə dünən - sosial birlik üzrə kollokvium zamanı baş verib. İspaniya kralı və müzakirələrdə iştirak edən digər iştirakçılar 62 yaşlı nazirə yardım etmək üçün yerlərindən qalxıblar. Kesedonun qalstukunu çıxarıblar və köynəyinin yaxasını açıblar.
Həkim gəldikdən sonra naziri tibb məntəqəsinə aparıblar.

Diplomatın vəziyyəti tezliklə yaxşılaşsa da, o, sonrakı bəzi görüşlərdə monarxı müşayiət edə bilməyib.

 

Tarix
25 Yanvar 2018 [13:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin